“Neftçi” qapıçısı ilə müqavilə yenilədi

neftci-qapicisi-ile-muqavile-yeniledi
Oxunma sayı: 959

“Neftçi” klubu daha bir futbolçu ilə müqavilənin müddətini uzadıb.

“Qafqazinfo” paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, qapıçı Kamran İbrahimovla anlaşma daha 2 il artırılıb. 20 yaşlı qolkiper 2022-ci il mayın sonunadək “ağ-qaralar”ın formasını geyinəcək.

Qeyd edək ki, bundan əvvəl Anton Krivotsyuk, Emin Mahmudov və Ömər Buludov da yeni anlaşmaya imza atıb.