“Neftçi” – “Qarabağ” oyununun vaxtı dəyişdirildi

neftci-qarabag-oyununun-vaxti-deyisdirildi
Oxunma sayı: 1944

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXXII turu çərçivəsində keçirilməsi nəzərdə tutulan “Neftçi” – “Qarabağ” qarşılaşmasının vaxtı dəyişdirilib.

“Qafqazinfo” Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, buna səbəb həmin gün Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin keçirilməsidir.

Matç əvvəlcədən nəzərdə tutulduğu kimi aprelin 30-da saat 19:00-da deyil, mayın 2-də saat 20:00-da “Bakcell Arena”da keçiriləcək.