Bu gün Azərbaycan Premyer Liqasında 22-ci tura start verilib.
“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
“Qəbələ” doğma meydanda “Neftçi” ilə üz-üzə gəlib. Qarşılaşma qolsuz bitib.
Turun “Turan Tovuz” – “Kəpəz” və “Qarabağ” – “Sabah” matçları sabah, “Səbail” – “Zirə” və “Sumqayıt” – “Şamaxı” oyunları isə 12 fevralda keçiriləcək.
Azərbaycan Premyer Liqası
22-ci tur
10 fevral
“Qəbələ” – “Neftçi” 0:0
Son xəbərlər
Son Xəbərlər