“Neftçi” “Qəbələ”ni məğlub etdi

neftci-qebeleni-meglub-etdi
Oxunma sayı: 1600

Azərbaycan Premyer Liqasına hazırlığını davam etdirən “Neftçi” bu gün növbəti sınaq oyununu keçirib.

"Qafqazinfo" xəbər verir ki, paytaxt təmsilçisi “Qəbələ”ni qəbul edib.

8-ci km stadionunda keçirilən yoxlama görüşündə hesabı əyalət təmsilçisi açıb. Lakin qalan dəqiqələrdə iki qol vuran “ağ-qaralar” əzmkar qələbəyə seviniblər.

Yoxlama oyunu

13 iyun

Neftçi – Qəbələ 2:1
Qol: Mirabdulla Abbasov, 40. Dario Federiko, 63 – Rövlan Muradov, 26.
8-ci km stadionu