“Neftçi” qələbə qazandı

neftci-qelebe-qazandi
Oxunma sayı: 872

Qış fasiləsində ölkə xaricinə yollana bilməyən klublar arasında keçirilən mini turnirə start verilib. “Qafqazinfo” xəbər verir ki, sözügedən yarışda 5 komanda iştirak edir.

İlk oyun günündə "Neftçi" digər Premyer Liqa təmsilçisi AZAL-la üz-üzə gəlib. "Bayıl Arena"da keçirilən görüş "ağ-qaralar"ın 1:0 heablı qələbəsi ilə başa çatıb. Araz Abdullayevin 39-cu dəqiqədə vuruduğu qol matçın taleyini həll edib.

Qeyd edək ki, turnirdə elita klublarından "Neftçi" və AZAL, birinci diviziondan isə MOİK, "Neftçala" və "Şərurspor" yer alır.