“Neftçi” futbol klubu baş məşqçisi Roman Qriqorçukla yolları ayırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı klubu rəsmi məlumat yayıb.
Ukraynalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, “Neftçi” hazırda tarixinin ən bərbad mövsümünü keçirir. Klub geridə qalan 9 tur ərzində qələbə üzünə həsrət qalıb. Hazırda aktivində beş xalı olan bakılılar, turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.