“Neftçi” “Rapid”ə uduzub mübarizəni dayandırdı - Yenilənib

neftci-rapide-uduzub-mubarizeni-dayandirdi
Oxunma sayı: 9372

Bu gün “Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, komanda Avstriyada “Rapid” klubunun qonağı olacaq.

Vyanada “Allianz” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

UEFA Konfrans Liqası

III təsnifat mərhələsi, cavab oyunu

11 avqust

22:30. “Rapid” (Vyana, Avstriya) – “Neftçi” (Azərbaycan)

Qeyd edək ki, avqustun 4-də Bakıda keçirilən ilk qarşılaşmada “Neftçi” 2:1 hesablı qələbə qazanmışdı.

Xəbəri rus dilində oxuyun: Лейла Алиева посмотрела выступления наших борцов - Фото

***

Bu gün Vyanada UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda qarşılaşacaq Avstriyanın “Rapid” və paytaxtın “Neftçi” klublarının start heyətləri müəyyənləşib.

Turnirdə mübarizəni davam etdirən Bakı təmsilçisinin start heyətində İvan Brkiç, Mamadu Mbodj, Solomon Kvirkveliya, Voislav Stankoviç, Emin Mahmudov, Eddi İsrafilov, Azər Salahlı, Ataa Caber, Qodsvey Donyo, Kenni Sayef və Yusuf Laval yer alacaqlar.

“Rapid”in heyətində isə meydana Niklas Hedl, Kevin Vimmer, Nikolas Gerrit-Kün, Torsten Şik, Maksimimilan Hofmann, Martin Kostselnik, Patrik Qrayl, Marko Qrüll, Ante Bayiç, Nikolas Satlberger və Qvido Burqştaller çıxacaqlar.

Qeyd edək ki, Avstriyadakı “Alyans” stadionunda keçiriləcək “Rapid”–“Neftçi” matçı saat 22:30-da start götürəcək.

Səfər qarşılaşmasını norveçli hakim Rohit Saqqi idarə edəcək. Ona yan xətt hakimləri Qeyr İsaksen, Morten Yensen kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Sivert Öksnes Amland yerinə yetirəcək.

***

Matç başladı.

***

İlk hissə bitdi.

***

“Rapid” hesabı açdı. Qrull 67-ci dəqiqədə fərqləndi.

***

“Rapid” - “Neftçi” matçında əsas vaxt başa çatdı. Əlavə vaxt oynanılacaq.

***

İlk əlavə vaxt bitdi.

***

“Rapid” ikinci qolu vurdu. Duijf 112-ci dəqiqədə fərqləndi.

***

Matç bitdi.