“Neftçi” Raufu göndərdi

neftci-raufu-gonderdi
Oxunma sayı: 1554

“Neftçi” hücumçusu Rauf Əliyevlə yollarını ayırıb.

“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, hücumçuyla müqaviləyə birtərəfli şəkildə xitam verib. “Ağ-qaralar” futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.

Ötən ilin iyununda “Qəbələ”dən transfer edilən forvardla 2 illik müqavilə imzalanmışdı.

Qeyd edək ki, Rauf Əliyev bu mövsüm “Neftçi”nin heyətində 15 oyunda meydana çıxıb, 2 qola imza atıb.