“Neftçi” rəhbərliyində istefa

neftci-rehberliyinde-istefa
Oxunma sayı: 3334

“Neftçi” ilə idman direktoru Yens Andersson arasında müqaviləyə isveçli mütəxəssisin öz xahişi ilə qarşılıqlı razılıq əsasında xitam verilib.

“Qafqazinfo” xəbər verir ki, 2023-cü ilin sentyabrından klubda çalışan Anderssonla yollar rəsmən ayrılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, “Neftçi” cari mövsümdə qələbə üzünə həsrət qalıb. Komanda 6 oyundan sonra 4 xalla turnir cədvəlində 9-cu pillədədir.