“Neftçi” – “Sabah” matçının hakimi ilə bağlı araşdırma aparılacaq

neftci-sabah-matcinin-hakimi-ile-bagli-arasdirma-aparilacaq
Oxunma sayı: 1621

Azərbaycan Premyer Liqasında XXIV turunun “Sabah” – “Neftçi” oyununun hakimlər briqadasının idarəçiliyi ilə əlaqədar AFFA Hakimlər Komitəsi müvafiq araşdırma aparacaq.

“Qafqazinfo” milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, bu proses matçın hakim-inspektorunun təqdim edəcəyi hesabata əsasən (hər oyundan sonra həyata keçirilən prosedura uyğun olaraq) həyata keçiriləcək.

Qeyd edək ki, 2:2 hesabı ilə başa çatan görüşü Vüqar Həsənlinin başçılıq etdiyi hakimlər briqadası idarə edib. Matçın hakim-inspektoru isə Gülağa Cabbarov olub.