“Neftçi” “Sabah”a qarşı

neftci-sabaha-qarsi
Oxunma sayı: 768

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 18-ci tura yekun vurulacaq.

“Qafqazinfo” xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutacaq.

Əvvəlcə “Sumqayıt” doğma meydanda “Zirə” ilə üz-üzə gələcək.

Turun qapanış matçında isə lider “Neftçi” “Sabah”ı qəbul edəcək.

Azərbaycan Premyer Liqası

18-ci tur

3 mart

Sumqayıt – Zirə

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Vüqar Bayramov, Fərid Hacıyev.

Sumqayıt şəhər stadionu, 16:00

Neftçi – Sabah

Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Elçin Məsiyev.

8-ci km stadionu, 18:15.