“Neftçi” “Sabah”a uduzdu

neftci-sabaha-uduzdu
Oxunma sayı: 2247

Bu gün Azərbaycan Premyer Liqasında 3-cü turun daha bir oyunu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Neftçi” “Sabah”ı qəbul edib.

Görüş “Sabah”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan Premyer Liqası
3-cü tur

18 avqust

“Neftçi” – “Sabah” 0:2
Qollar: Amin Seydiyev, 54. Coy Lens Mikels, 76.
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Müslüm Əliyev, Fərid Hacıyev.
Zirə İdman Kompleksinin stadionu.

Qeyd edək ki, turun digər görüşlərində “Turan Tovuz” “Kəpəz"ə 3:0, “Sumqayıt” isə “Səbail”ə 2:1 hesabı ilə qalib gəlib. 3-cü turun iki oyunu (“Şamaxı” – “Qarabağ” və “Zirə” – “Araz-Naxçıvan”) təxirə salınıb.