Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının növbəti oyunu keçirilib.
"Qafqazinfo" xəbər verir ki, "Neftçi" öz meydanında "Sabah" komandasını qəbul edib. Görüşdə "ağ-qaralar” 3:0 hesabı ilə qalib gəlib.
Qolları Canluka Sansone (9-cu dəqiqə), Emin Mahmudov (24-cü dəqiqə) və Baqali Dabo (79-cu dəqiqə) vurublar. Oyunun 84-cü dəqiqəsində isə Məhəmməd Mirzəbəyov qırmızı vərəqə ilə cəzalandırılıb.
Son xəbərlər
Son Xəbərlər