“Neftçi” “Səbail”ə, “Qəbələ” “Sumqayıt”a qarşı

neftci-sebaile-qebele-sumqayita-qarsi
Oxunma sayı: 1411

Azərbaycan Premyer Liqasında 23-cü turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutacaq.

Əvvəlcə “Qəbələ” doğma meydanda “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirəcək. Günün digər matçı isə “Neftçi” ilə “Səbail” arasında keçiriləcək.

Azərbaycan Premyer Liqası
23-cü tur
18 fevral

“Qəbələ” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Şirmamed Mamedov, Emin Əliyev.
Qəbələ şəhər stadionu, 15:00.

“Neftçi” – “Səbail”
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Rahil Ramazanov, Rauf Allahverdiyev.
“Bakcell Arena”, 17:30.