“Neftçi” “Səbail”lə bacarmadı

neftci-sebaille-bacarmadi
Oxunma sayı: 3401

Azərbaycan Premyer Liqasında XXXI turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, ikinci oyun gününün son qarşılaşması “Neftçi” ilə “Səbail” arasında baş tutub.

Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Xatırladaq ki, ilk oyun günündə baş tutan “Şamaxı” – “Kəpəz” (1:1) və “Qarabağ” – “Zirə” (2:2) matçılarında qalib müəyyənləşməyib. Bu gün keçirilmiş ilk oyunda isə “Turan Tovuz” doğma meydanda “Sabah”a 0:2 hesabıyla uduzub.

Tura sabah keçiriləcək “Sumqayıt” – “Qəbələ” oyunu ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
XXXI tur
22 aprel

“Səbail” – “Neftçi” 1:1
Qol: Maksim Çex, 32 – Yeqor Boqomolski, 8.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Emin Əliyev
“ASCO Arena”, 18:30.