“Neftçi” səfərdən məğlub qayıdır - Yenilənib

“Neftçi” səfərdən məğlub qayıdır
Oxunma sayı: 7317

Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin növbəti oyunları keçiriləcək.  

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan çempionu olan “Neftçi” Yunanıstanda “Olimpiakos”un qonağı olacaq. Georgios Karaiskakis stadionunda keçiriləcək qarşılaşma saat 23:00-da başlayacaq.  

Komandalar arasındakı cavab matçı iyulun 28-də Bakıda olacaq.  

“Neftçi” “Olimpiakos” səddini keçsə, 3-cü mərhələdə “Mura” (Sloveniya) – “Ludoqorets”(Bolqarıstan) cütünün qalibi ilə qarşılaşacaq.  

21 iyul



Çempionlar Liqası 2-ci təsnifat mərhələsinin ilk oyunu

23:00. "Olimpiakos" (Yunanıstan) - "Neftçi" (Azərbaycan) - 1:0

Qol: Kamara, 29

Baş hakim: Joao Pinyeyru (Portuqaliya) Pirey,

"Georgios Karaiskakis" stadionu.

"Olimpiakos": 88. Konstantinos Tsolakis, 3. Ruben Semedu, 4. Məhəmməd Kamara, 5. Andreas Buxalakis, 9.Ahmed Hassan, 14. Tanasis Andrutsos, 18. Pyer Kunde, 9. Giorqos Masuras, 25. Svetozar Markoviç, 45. Oleq Ryabçuk, 97. Lazar Ranceloviç

Ehtiyat oyunçular: 1. Tomaş Vatslik, 31. Eqmundur Kristinsson, 44. İlias Karargiris, 12. Usseynu Ba, 17. Marius Vrusai, 20. Nikola Çumiç, 22. Agibu Kamara, 27. Kenni Lala, 28. Matyö Valbuena, 66. Pape Abu Sisse, 90. Vasili Sourlis

Baş məşqçi: Pedro Martins

"Neftçi": 30. Aqil Məmmədov, 3. Mamadu Mboc, 6. Voislav Stankoviç, 7. Namik Ələskərov, 8. Emin Mahmudov, 10. Sezar Meza Kolli, 11. Harramiz Soareş, 20. Mert Çelik, 24. Yusuf Laval

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 94. Əlirza Müştəbazadə, 4. Uqo Basto, 14. Romen Bask, 19. Fəhmin Muradbəyli, 21. İsmayıl Zülfüqarlı, 22. Mirabdulla Abbasov, 26. Ömər Buludov, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 97. Xəyal Nəcəfov

Baş məşqçi: Samir Abasov

***

Oyun başladı.

***

Matçın 29-cu dəqiqəsində meydan sahibləri hesabı açır. Kamara fərqlənir.

***

43-cü dəqiqədə Yunanıstan təmsilçisi azlıqda qalır. Oyunda hesabı açan Kamara qırmızı vərəqə alaraq meydandan qovulur.

***

Fasilə

***

İkinci hissə başladı.

***

Mert Çelik 63-cü dəqiqədə qırmızı vərəqə alır

***

Matç bitdi