“Qafqazinfo” xəbər verir ki, bu barədə “idmanxeber.com”-a klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib. Paytaxt klubunun rəsmisi bildirib ki, İntizam Komitəsininin verdiyi "Oyun başa çatdıqdan sonra dəhlizdə kənar şəxslər olduğu və təhlükəsizlik təmin olunmadığına görə “Neftçi” klubu 5000 manat cərimə olunur" - qərarını əsassız sayaraq, apellyasiyaya üz tutacaq. "Ağ-qaralar" bundan əlavə "Rəvan"la kubok oyununda Ernest Enfora qrşı edilən kobudluğua görə, verilməyən penalti qərarına da etiraz edəcəklər.
Son xəbərlər
Son Xəbərlər