“Neftçi” Şinyaşikinin transferini açıqladı

neftci-sinyasikinin-transferini-aciqladi
Oxunma sayı: 2984

“Neftçi” növbəti transferini həyata keçirib.

“Qafqazinfo” xəbər verir ki, Bakı təmsilçisi Andre Şinyaşiki transfer edib. Bununla bağlı klub sosial şəbəkə hesablarında video yayımlayıb. Braziliyalı hücumçu yeni klubunda 9 nömrəli forma ilə çıxış edəcək.

Şinyaşiki son olaraq ABŞ-də “Şarlott” klubunda oynayıb.