“Neftçi” “Slaviya” ilə qarşılaşacaq

neftci-slaviya-ile-qarsilasacaq
Oxunma sayı: 780

“Neftçi”nin Türkiyənin Antalya şəhərində həyata keçirəcəyi təlim-məşq toplanışı çərçivəsində qarşılaşacağıq daha bir rəqibin adına aydınlıq gəlib.

“Qafqazinfo” xəbər verir ki, paytaxt klubu Sofiya “Slaviya”sı ilə qarşılaşacaq. Bu barədə Bolqarıstan klubunun rəsmi saytı məlumat yayıb. Yoxlama görüşü yanvarın 25-də keçiriləcək.

Qeyd edək ki, “Neftçi” təlim-məşq toplanışı çərçivəsində Rusiyanın "SKA-Xabarovsk", "Krılya Sovetov”, Rumıniyanın "Konkordiya” və Ukraynanın "Çernomorets” klubları ilə də qarşılaşacaq.