“Neftçi” “Spartak”a qarşı

neftci-spartaka-qarsi
Oxunma sayı: 1908

Ölkə xaricində təlim-məşq toplanışında olan Neftçi  bu gün sonuncu yoxlama oyununu keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, Bakı təmsilçisi Rusiya “Spartak” (Moskva) ilə üz-üzə gələcək. Avstriyanın Fillax şəhərindəki “Sportzentrum Landskron”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Qarşılaşma "Neftçi TV" və Rusiyanın "Matç TV" kanalları vasitəsi ilə canlı yayımlanacaq.

Qeyd edək ki, Sloveniyanın Kranyska Qora bölgəsində məskunlaşan "Neftçi" iyunun 21-də “Olimpiya” (Sloveniya) ilə 1:1 hesablı heç-heçə edib, iyulun 24-də isə “Domjale”yə (Sloveniya) 1:2 hesabı ilə uduzub.

29 iyun

19:30. Neftçi Spartak (Rusiya)
Avstriya, “Sportzentrum Landskron” stadionu