“Neftçi” “Srvena Zvezda”ya uduzdu

neftci-srvena-zvezdaya-uduzdu
Oxunma sayı: 2241

“Neftçi” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununa çıxıb.

“Qafqazinfo” xəbər verir ki, Laurentsiu Regekampf komandası “Srvena Zvezda” (Serbiya) ilə üz-üzə gəlib. Görüş rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 4-cü dəqiqədə Nemanya Motika vurub.

"Srvena Zvezda" Serbiya Superliqasında mübarizə aparır və hazırda 19 turdan sonra 53 xalla liderdir.

Xatırladaq ki, “Neftçi” bundan əvvəlki sınaq matçlarında Macarıstanın “Vaşaş” (1:1) və Polşanın “Medz Leqnisa” (1:2) klubları ilə qarşılaşıb. Komanda sabah vətənə qayıdacaq.