“Neftçi” - “Sumqayıt” oyununda qolun müəllifi dəyişdi

neftci-sumqayit-oyununda-qolun-muellifi-deyisdi
Oxunma sayı: 1207

Topaz Premyer Liqasının XXII turunun “Neftçi” – “Sumqayıt” matçının (2:2) protokolunda dəyişiklik edilib.

“Qafqazinfo” xəbər verir ki, avtoqol "Sumqayıt"ın üzvü Azər Salahlının passivindən silinib. 63-cü dəqiqədə vurulan qolun müəllifi kimi Namiq Ələsgərov qeyd  olunub.

Dəyişiklik oyunun baş hakimi Əliyar Ağayevin raportuna əsasən həyata  keçirilib.