“Neftçi” “Sumqayıt”la bacarmadı

neftci-sumqayitla-bacarmadi
Oxunma sayı: 2349

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 13-cü turu çərçivəsində daha bir qarşılaşma keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Neftçi” öz meydanında “Sumqayıt”ı qəbul edib.

Qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

Turun qapanış matçında isə “Zirə” “Qəbələ”ni qəbul edəcək.

İlk oyun günündə keçirilmiş “Keşlə” – “Səbail” matçında qalib müəyyənləşməyib – 2:2. “Qarabağ” isə “Sabah”ı 5:1 hesabıyla məğlub edib.

Azərbaycan Premyer Liqası
13-cü tur
5 dekabr

“Neftçi” – “Sumqayıt” 0:0
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Eyyub İbrahimov, Tural Qurbanov.
Bakı. “Bakcell Arena”, 16:00.