“Qafqazinfo”nun məlumatına görə, baş məşqçi 2:2 bərabərlik haqda bunları deyib:
“Mәn nәticәdәn razıyam. 2:2 bizim üçün yaxşı nәticәdir. Ölkәmizә ümidlә qayıdırıq. Әlbәttә 90 dәqiqә bu qarşılaşmanın ilk hissәsidir. “Neftçi” topa nәzarәt edәrkәn mәn hәyәcan keçirirdim. Hәr iki komandanın şansı var”.
““Baş mәşqçi "Neftçi"ni nәyә әsasәn analiz edib? Çünki komanda ötәn mövsümdәn dәyişib”- sualına isə Rakoyeviç belə cavab verib:
“Düzgün deyirsiz. "Neftçi"ni 2 oyuna әsasәn analiz etmişdik. Hәr iki komandanın bir-biri haqqında mәlumatı yox idi. Birinci qol "Neftçi"nin bәxtinә yazmaq olar. İkinci qolu da müdafiəmizin sәhvindәn vurdu. "Neftçi" tamam dәyişib. Hiss olunur ki, komanda yenidir”.
Elsevər
Son xəbərlər
Son Xəbərlər