“Neftçi” toplanışına start verdi

“Neftçi” toplanışına start verdi
Oxunma sayı: 990

“Neftçi” yeni mövsümün hazırlığını davam etdirir.

"Qafqazinfo" xəbər verir ki, dünən Sloveniyaya yollanaraq Kranyska Qora bölgəsində məskunlaşan komanda bu gün təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.

“Neftçi” toplanış çərçivəsində 3 yoxlama oyunu keçirəcək. Komanda iyunun 21-də Sloveniyanın “Olimpiya” (Lyublyana), 29-da isə Rusiyanın “Spartak” (Moskva) klubu ilə qarşılaşacaq. Ayın 25-dəki rəqib isə hələ müəyyənləşməyib.

Qeyd edək ki, “Neftçi” UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Gürcüstanın “Dinamo” (Tiflis) klubu ilə üz-üzə gələcək. İlk oyun iyulun 7-də Bakı vaxtı ilə saat 20:00-da Boris Payçadze adına “Dinamo Arena”da, cavab matçı isə iyulun 14-də “Bakcell Arena”da baş tutacaq.