“Neftçi” “Turan Tovuz” oyunu heç-heçə bitdi

neftci-turan-tovuz-oyunu-hec-hece-bitdi
Oxunma sayı: 1679

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Neftçi” səfərdə “Turan Tovuz”un qonağı olub. Tovuz şəhər stadionunda oynanılan görüşdə qalib müəyyənləşməyib – 1:1.

Hesabı 72-ci dəqiqədə paytaxt klubu açıb. Yeqor Boqomolski komandasını önə keçirib. Meydan sahiblərinin bərabərlik qoluna isə 88-ci dəqiqədə Fərid Nəbiyev imza atıb.

Bu nəticədən sonra xallarını 36-ya çatdıran “Neftçi” 2-ci pillədəki mövqeyini qoruyub. 31 xalı olan “Turan Tovuz” isə 5-ci sıraya yüksəlib.