“Qafqazinfo” xəbər verir ki, marşın sözləri və musiqisi Tural Bakuviyə, aranjimanı və ifası isə Ramal Rəsula aiddir. Marşda vokal ifasını Trambon-Truba-Orkestr müşaiyəti və xor ifası izləyir. Marşla əlaqədar uşaq yaşlayından çılğın Neftçi azarkeşi olduqlarını bildirən Tural Bakuvi və Ramal Rəsul çoxdan belə bir planlarının olduqlarını və nəhayət ki, marşı ərsəyə gətirə bildiklərini söyləyiblər. Onların sözlərinə görə sevimli klubları üçün belə bir proyekt hazırlamaqdan qürur duyur və inanırlar ki, yeni marş Neftçinin uğurları üçün düşərli olacaq.
Son xəbərlər
Son Xəbərlər