“Neftçi” və “Bakı” üçün uğursuz rəqib

neftci-ve-baki-ucun-ugursuz-reqib
Oxunma sayı: 642

“Qafqazinfo”nun verdiyi məlumata görə, Peşəkar Futbol Liqası bu mərhələdə üz-üzə gələn komandaların ölkə kubokunda baş tutan əvvəlki oyunlarının balansını tərtib edib. Burada komandaların indiki və əvvəlki adları altında yalnız kubok görüşləri əks olunub. Yarımfinalda əbədi iddialılar oynadığından bu komandalar indiyədək dəfələrlə kubok yarışlarında da üz-üzə gəlib..

1/2 final, ilk oyunlar

18 aprel (çərşənbə)

"Bakı" - "Qarabağ"
+0=2-4, top fərqi – 4:9
“Bakı” ilə “Qarabağ”ın kuboka gedən yolları 4-cü dəfədir ki, kəsişir. Əvvəlki qarşıdurmanın hamısında 1 qalib olub - bu da “Qarabağ” komandasıdır. Ağdamlılar hər dəfə rəqibini keçib mübarizəni davam etdirib. Bu duel çərçivəsində keçirilən 6 oyunda “Bakı” cəmi 2 heç-heçə qazanıb.

1997/98 “Dinamo” – “Qarabağ” 0:0, 0:2
2008/09 “Bakı”- “Qarabağ” 1:2, 1:2
2005/06 “Qarabağ” – “Bakı” 3:2, 0:0

"İnter" - "Neftçi"
+4=3-1, top fərqi – 10:6
Kubokda 5-ci dəfə yolları kəsişən paytaxt təmsilçilərinin duellərində “İnter” 3, “Neftçi” 1 dəfə mərhələ adlayan tərəf olub. Lakin “bankirlər” “İnter” kimi deyil, “Xəzər Universiteti” adlandığı vaxt mübarizəni dayandırıb. Elə “Neftçi”nin 4 dueldəki 8 oyunda qazandığı yeganə qələbə də 10 il əvvəlki həmin matçlara təsadüf edib.

2001/02 “Neftçi” – “Xəzər Universiteti” 2:0, 1:2
2004/05 “Neftçi” – “İnter” 0:0, 0:0, pen. 3:4
2007/08 “Neftçi” – “İnter” 2:2, 0:1
2009/10 “Neftçi” – “İnter” 0:3, 1:2


Ceyhun Əhmədov