“Neftçi” və “Qəbələ” mübarizəyə başlayır - Konfrans Liqası

neftci-ve-qebele-mubarizeye-baslayir
Oxunma sayı: 2253

Bu gün "Qəbələ" və "Neftçi" komandaları UEFA Konfrans Liqasının 2023/2024 mövsümündə oyununu keçirəcəklər.

“Qafqazinfo” xəbər verir ki, II təsnifat mərhələsinin ilk oyununda "Qəbələ" evdə Kipr "Omoniya"sını qəbul edəcək.

Görüş saat 20:00-da başlayacaq. 

"Neftçi" isə turnirdəki ilk matçına Bosniya və Herseqovinada çıxacaq. Rəqib ölkənin titullu klublarından "Jelezniçar" olacaq. “Qrbavitsa” stadionundakı oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Komandalar arasında cavab oyunları avqustun 3-də keçiriləcək.

UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
27 iyul

20:00. "Qəbələ" (Azərbaycan) - "Omoniya" (Kipr)
Baş hakim: Andrey Çivulete (Rumıniya)
Qəbələ şəhər stadionu

23:00. "Jelezniçar" (Bosniya və Herseqovina) - "Neftçi" (Azərbaycan)
Baş hakim: Yuri Frişer (Estoniya)
Sarayevo, "Qrbavitsa" stadionu