“Neftçi” və “Sabah”ın rəqibləri müəyyənləşdi

neftci-ve-sabahin-reqibleri-mueyyenlesdi
Oxunma sayı: 3034

“Neftçi” və “Sabah”ın Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, “Neftçi”nin rəqibi Belarusun “Dinamo” (Minsk) klubunu 2:1 (ilk oyun – 2:2) hesabı ilə məğlub edən Bosniya və Herseqovina “Jelezniçar”ıdır.

“Sabah” isə Latviyanın RFS komandası ilə üz-üzə gələcək. Latviya təmsilçisi 1-ci təsnifat mərhələsinin cavab görüşündə Şimali Makedoniyanın “Makedoniya” kollektivinə 4:1 hesabı ilə qalib gəlib. Meydan sahibləri ilk görüşdə də rəqibini üstələmişdi – 1:0.

Qeyd edək ki, “Neftçi” və “Sabah” ilk matçını iyulun 27-də səfərdə keçirəcək.