Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 25-ci tura start verilib.
"Qafqazinfo" xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
Turun açılış matçında “Keşlə” və “Neftçi” komandaları üz-üzə gəlib. Qonaqlar bu oyunda darmadağına seviniblər.
Günün digər oyunu isə “Səbail”lə “Qəbələ” arasında baş tutub. Bu oyunda isə meydan sahibləri minimal hesabla üstün olublar.
Turun qalan 2 oyunu sabah keçiriləcək. “Qarabağ” “Zirə”ni, “Sumqayıt” isə “Sabah”ı qəbul edəcək.
Azərbaycan Premyer Liqası
25-ci tur
3 may
“Keşlə” – “Neftçi” 0:3
Qol: T.Quliyev, 38-öz qapısına. K.Honda, 74. E.Mahmudov, 90+2.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov.
Bakı. “ASK Arena”.
“Səbail” – “Qəbələ” 1:0
Qol: A.Yunanov, 62.
Qırmızı vərəqə: M.Giqauri, 52 (ikinci sarı).
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Rauf Allahverdiyev.
“ASCO Arena”.
Son xəbərlər
Son Xəbərlər