“Neftçi” və “Səbail”in potensial rəqibləri azaldı - “Espanyol”, “Arsenal”...

“Neftçi” və “Səbail”in potensial rəqibləri azaldı
Oxunma sayı: 999

Bu gün “Neftçi” – “Speranta” cütünün Avropa Liqasının ikinci təsnifat mərhələsindəki potensial rəqibi  müəyyənləşəcək.

“Qafqazinfo” xəbər verir ki, bu cüt səpələnməmişlər səbətində yer alıb. Püşk zamanı potensial rəqib səpələnmişlərdən olacaq.
 
Bu raundun püşkatması UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək. Tədbir Bakı vaxtı ilə 15:00-da başlayacaq.
 
“Neftçi” - "Speranta" cütünün II mərhələdəki potensial rəqibləri:
 
“Dinamo” (Minsk, Belarus) – “Liepaya” (Latviya)
“Espanyol” (İspaniya)
“Laçi” (Albaniya) – “Hapoel” (Byer-Şeva, İsrail)
“Atromitos” (Yunanıstan)
“Arsenal” (Tula, Rusiya)

***

“Səbail” – “Universitatya Krayova” cütünün qalibi üçün də potensial rəqiblər bəlli olub:

"Aris" (Saloniki, Yunanıstan)
"Esbyerg" (Danimarka)
"Vitoriya" (Portuqaliya)
"Vulverhempton" (İngiltərə)

"Honved" (Budapeşt, Macarıstan) - "Jalgiris" (Vilnüs, Litva) - "Partizan" (Serbiya)

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi