“İnter” - “Neftçi” matçının 16-cı dəqiqəsində qonaq komandanın futbolçusu Xuan Alberto Alvarado sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq, meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Həmin oyunun 80-cı dəqiqəsində ev sahibi komandanın futbolçusu İlkin Qırtımov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubuna isə 200 manat cərimə kəsilib.
“Sumqayıt” – “Xəzər Lənkəran” matçında ev sahibi komandanın 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Kəpəz” – “Zirə” matçında qonaqların 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat məbləğində cərimələnib.
Son xəbərlər
Son Xəbərlər