“Neftçi” – “Xəzər Lənkəran” oyununun hakimi cəzalandırılacaq

neftci-xezer-lenkeran-oyununun-hakimi-cezalandirilacaq-
Oxunma sayı: 1100

Azərbaycan kubokunun ¼ final mərhələsində keçirilən “Neftçi” – “Xəzər Lənkəran” (2:0) oyununun yan xətt hakimi Namiq Hüseynov cəzalandırılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Hüseynov həmin matçda vurulan ikinci qol zamanı ciddi səhvə yol verdiyi üçün cəza alacaq.