“Neftçi” xorvat qapıçı ilə 2 illik müqavilə imzaladı

neftci-xorvat-qapici-ile-2-illik-muqavile-imzaladi
Oxunma sayı: 1337

“Neftçi” klubu qapıçısı İvan Brkiçlə müqavilənin müddətini uzatdığını açıqlayıb.

“Qafqazinfo” paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı qolkiperlə iki illik sözləşmə imzalanıb.

Qeyd edək ki, 2022-ci ilin yanvarında "ağ-qaralar"a keçən xorvatiyalı oyunçu bu müddətdə Premyer Liqada 37, ölkə kubokunda 9, avrokuboklarda isə 4 görüşdə meydanda olub.