“Neftçi” yenidən Böyükağa Hacıyevə verildi

neftci-yeniden-boyukaga-haciyeve-verildi-
Oxunma sayı: 1847


“Qafqazinfo”ya etbiarlı mənbədən daxil olan məlumata əsasən, Böyükağa Hacıyevlə “Neftçi” 1 illik müqaviləyə imza atıb. “Neftçi”ni tarixində ilk dəfə Avro Liqanın qrup mərhələsinə çıxaran məşqçi yenidən komandanın sükanı arxasına keçib.

  Məlumatı dəqiqləşdirmək üçün klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbazadə ilə əlaqə saxladıq. Klub rəsmisi hələlik belə bir rəsmi imzanın olmadığını və olacağı təqdirdə klubun rəsmi saytında açıqlanacağını bildirdi: “Hazırda “Neftçi” rəhbərliyi Böyükağa Hacıyevlə yanaşı, bir neçə başqa mütəxəssislə də, danışıqlar aparır. Hələki, tam olaraq rəsmi bir müqavilə yoxdur. Digər mütəxəssislərin kimliyi ilə bağlı təəssüf ki, məlumat verə bilmərəm”

İqbal