“Neftçi” yetirməsi ilə müqaviləni uzatdı

neftci-yetirmesi-ile-muqavileni-uzatdi
Oxunma sayı: 1079

“Neftçi” daha bir futbolçu ilə müqavilənin müddətini uzadıb.

“Qafqazinfo” xəbər verir ki, paytaxt klubunun öz yetirməsi olan Ömər Buludovla gələn il mayın 31-də bitməli olan anlaşma daha 1 illiyə artırılıb.

Qeyd edək ki, 21 yaşlı müdafiəçi bu mövsüm meydana çıxdığı 21 oyunda 1 qol vurub.

Xatırladaq ki, “Neftçi” ötən gün kapitan Emin Mahmudov və müdafiəçi Anton Krivotsyukla da yeni müqavilə imzalamışdı.