“Neftçi” - “Zirə” matçının hakimləri açıqlandı

neftci-zire-matcinin-hakimleri-aciqlandi
Oxunma sayı: 939

Futbol üzrə Azərbaycan Premyer Liqasında 23-cü turun növbəti iki oyunu üçün bütün hakim təyinatları açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, “Neftçi” – “Zirə” matçı Rauf Cabbarova tapşırılıb.

“Keşlə” – “Sabah” görüşünü isə Elçin Məsiyev idarə edəcək.

Azərbaycan Premyer Liqası
23-cü tur
17 aprel

18:00. “Keşlə” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəhim Həsənov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“ASK Arena”.

20:15. “Neftçi” – “Zirə”
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Vüqar Bayramov, Səbuhi Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
“Bakcell Arena”.