Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin daha iki oyunu keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, ilk olaraq birinci divizion təmsilçisi “Kəpəz” “Keşlə”nin qonağı olacaq. Digər görüşdə “Neftçi” “Zirə”ni qəbul edəcək.
Qeyd edək ki, 1/4 final mərhələsinin cavab qarşılaşmaları 6-7 fevral tarixlərində keçiriləcək.
2 fevral (çərşənbə axşamı)
16:00. “Keşlə” – “Kəpəz”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rauf Allahverdiyev
ASK Arena
18:00. “Neftçi” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Vüqar Həsənli
Bakcell Arena
Son xəbərlər
Son Xəbərlər