“Neftçi” “Zirə”yə qalib gəldi

neftci-zireye-qalib-geldi
Oxunma sayı: 1153

Bu gün Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, turun sonuncu matçı “Bakcell Arena”da keçirilib.

Burada “Neftçi” “Zirə” ilə münasibətlərinə aydınlıq gətirib. Meydan sahibləri bu oyunda tək qolla 3 xal qazanıblar.

Xatırladaq ki, daha öncə “Sumqayıt” evdə “Turan Tovuz”a (2:1), “Qarabağ” “Şamaxı”ya (3:1), “Səbail” də “Kəpəz”ə (1:0) qalib gəlib. “Sabah” isə “Qəbələ”ni səfərdə üstələyib – 3:0.

Azərbaycan Premyer Liqası
XX tur
1 fevral

“Neftçi” – “Zirə” 1:0
Qol: V.Stankoviç, 52.
Qırmızı vərəqə: D.Gerye, 75.
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Kamal Umudlu.
Bakı. “Bakcell Arena”, 17:30.