“Neftçi”də ciddi itkilər

neftcide-ciddi-itkiler
Oxunma sayı: 1324

“Neftçi” Premyer Liqanın 24-cü turunda “Turan Tovuz”la keçiriləcək oyuna itkilərlə çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mikro zədələri olan Rəhman Hacıyev və Azər Əliyev bu matçı buraxmalı olacaqlar. Komanda ilə məşqləri yenicə bərpa edən Andre Şinyaşiki baş məşqçinin qərarı ilə “Turan Tovuz”la matçda iştirak edə bilməyəcək. Uzun müddətdir zədəli olan Emil Balayevlə Ataa Caber isə bərpa və müalicə prosesini davam etdirir.

Sabah keçiriləcək “Turan Tovuz” – “Neftçi” oyunu saat 15:00-da başlayacaq.