“Neftçi”də dava

neftcide-dava
Oxunma sayı: 1203


Belə ki, klubun baş məşqçisi Arif Əsədovla hücumçu Ernest Nfor arasında qarşıdurma yaranıb. Bu barədə sportinfo.az saytı məlumat yayıb. Əsədovun tapşırıqlarını yerinə yetirməyən qaradərili baş məşqçisinə cavab qaytarıb. Nəticədə ara qarışıb. Buna görə də Arif bəy nigeriyalını məşqdən qovub.

Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxlayıb, məsələni dəqiqşləşdirmək istəsək də, o bizə belə bir hadisənin yaşanmadığını bildirdi. Maraqlısı budur ki, Abbaszadə Nforun “Simurq”la oyunda iştirak edəcək futbolçuların siyahsına daxil edilmədiyini bildirdi. Buna isə futbolçunun son vaxtlar məşqlərə qeyri-peşəkar yanaşması səbəb olub. Gündüz bəy futbolçunun işinə məsuliyyətsiz yanaşdığına görə əvəzedici komandaya göndərildiyini bildirdi.

Qeyd edək ki, Nforun əvəzedici komandada çıxışı heç də pis alınmayıb. O, “Simurq”un əvəzedicilərinə qarşı meydanda olub. Bakılıların 2:1 hesablı qələbəsi ilə başa çatan oyunda “Neftçi”nin qollarından birini də Nfor vurub.