“Neftçi”də yeni oyunçu - Video

neftcide-yeni-oyuncu
Oxunma sayı: 3010

"Neftçi” klubu daha bir futbolçu transferini rəsmiləşdirib. 

"Qafqazinfo" klubun rəsmi saytına istinadən xəbər verir ki, nigeriyalı Yusuf Laval ilə 2+1 il müddətinə müqavilə bağlanıb. 22 yaşlı cinah yarımmüdafiəçisi 24 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, ilk klubu "Lions” (Nigeriya) olan Yusuf Laval 2017 - 2020-ci illər ərzində Belçikanın "Lokeren” klubunun heyətində 22 oyun keçirib.