“Neftçi”dən ayrılıb “Qarabağ Vyana”ya gedir

neftciden-ayrilib-qarabag-vyanaya-gedir
Oxunma sayı: 717

“Neftçi” ilə müqaviləsi başa çatan Elvin Bədəlov komandanı tərk edir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə 22 yaşlı müdafiəçi fikirlərini klubun rəsmi saytına bildirib:

“Məzuniyyətdən qayıdandan sonra klub rəhbərliyi yeni müqavilə təklif etdi. Buna görə onlara minnətdaram. “Neftçi” ilə müqaviləm başa çatandan sonra menecerim mənə yeni klub axtarırdı. Avstriyadan təkliflər var idi və mən ölkə xaricində oynamaq qərarına gəldim. Klub rəhbərliyi ilə danışdım, şərtlər məni qane etdi və razılıq verdim.

Legioner həyatı yaşamaq mənim üçün yeni təcrübə olacaq. “Neftçi”yə minnətdaram, bu komandada 3 il oynadım. Bu mənim üçün böyük şərəf, böyük təcrübə oldu. Çalışdığım məşqçilərə təşəkkür edirəm. Hər birindən nələrsə öyrəndim. Ümid edirəm ki, nə vaxtsa Azərbaycana qayıdıb, yenidən “Neftçi”də oynayacağam”.

Apasport yazıb ki, Elvin Bədəlovun Avstriyanın Şərq Regional Liqasında çıxış edən “Qarabağ Vyana”ya keçidi gözlənilir.