“Neftçi”dən daha bir transfer

neftciden-daha-bir-transfer
Oxunma sayı: 2344

“Neftçi” daha bir futbolçunu transfer edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, braziliyalı hücumçu Mateus Saldanyanın heyətə cəlb olunub. “Ağ-qaralar”la müqavilə imzalayan 24 yaşlı forvard son olaraq Yaponiyanın “Cef Yunayted İtixara Tiba” klubunda oynayıb.
 
Qeyd edək ki, “Neftçi” bundan əvvəl qış fasiləsində Höccət Haqverdi və Kilan Lebo ilə heyətini gücləndirib.