“Neftçi”dən iki transfer

neftciden-iki-transfer
Oxunma sayı: 712

“Neftçi” PFK iki futbolçu ilə transferi rəsmiləşdirib. 

“Qafqazinfo” paytaxt klubunun rəsmi saytına istinadla xəbər verir ki, müdafiəçi Məhəmməd Mirzəbəyov və qapıçı Rəşad Əzizli ilə müqavilə imzalanıb.  26 yaşlı Mirzəbəyov 2015-ci ildən etibarən Azərbaycan milli komandasının heyətində 15 oyun keçirib. 2011-2013-cü illərdə "Neftçi”də çıxış etmiş 23 yaşlı Əzizli isə 15, 17, 19 və 21 yaşadək yığma komandalarımızın üzvü olub.