“Qafqazinfo” xəbər verir ki, paytaxt klubunun “Anete” ləqəbi ilə tanınan 29 yaşlı futbolçu ilə müqaviləsinin müddəti bir illikdir.
Hücumçunun son klubu Bolqarıstanın “Levski” (Sofia) klubu olub. Ötən mövsüm Sofia təmsilçisinin heyətində 28 dəfə meydanda olan Antonio Salas Kinta rəqib qapıçıları 14 dəfə məyus edib. İspaniyanın “Real Sosyedad” klubunun yetirməsi olan futbolçu karyerası ərzində yerli “Korya”, “San Roke”, “Real Xaen”, “Keuta”, həmçinin Yunanıstanın “Olimpiakos” (Volos) və “Niki Volos” komandalarında oynayıb.
Son xəbərlər
Son Xəbərlər