“Neftçi”dən qələbə, “Zirə”dən heç-heçə

neftciden-qelebe-zireden-hec-hece
Oxunma sayı: 1731

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 16-cı tura yekun vurulub.

"Qafqazinfo" xəbər verir ki, sonuncu oyun günündə də iki görüş baş tutub.

Əvvəlcə “Keşlə” doğma meydanda “Zirə” ilə üz-üzə gəlib. 4 qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib.

Turun qapanış matçında isə lider “Neftçi” “Qəbələ” ilə münasibətlərinə aydınlıq gətirib. Bakılılar 3 xalı qazandıran qola son dəqiqədə imza atıb - 1:0.

Xatırladaq ki, ilk oyun günündə “Sabah” səfərdə “Səbail”ə 0:2 hesabıyla uduzubsa, son çempion “Qarabağ” “Sumqayıt”la qolsuz heç-heçəyə razılaşıb.

Azərbaycan Premyer Liqası
16-cı tur
20 fevral

“Keşlə” – “Zirə” 2:2
Qol: N.Qurbanov, 19-pen. S.Tounkara, 21 – K.Bauk, 16. D.Volkov, 73.
Qırmızı vərəqə: D.Çantakias, 60.

“Neftçi” – “Qəbələ” 1:0 
Qol: Emin Mahmudov, 90+4