“Neftçi”dən yeni müqavilə

neftciden-yeni-muqavile
Oxunma sayı: 1503

“Neftçi” fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorre ilə müqavilə imzalayıb.

“Qafqazinfo”nun klubun rəsmi saytına istinadən xəbərinə görə, anlaşmaya əsasən, italiyalı mütəxəssis mövsümün sonunadək “ağ-qaralar”ın fiziki hazırlıq üzrə məşqçisi olacaq.

Qeyd edək ki, 2009-2010-cu illərdə “Neftçi”də çalışmış Covanni Melkiorre Türkiyənin “Qalatasaray”, Rumıniyanın “Astra”, “Petrolul” və ÇFR, eləcə də “Xəzər Lənkəran” klublarında da işləyib.