“Neftçi” heyətinə yeni oyunçu cəlb edib.
“Qafqazinfo” xəbər verir ki, klubun rəsmi Feysbuk səhifəsi Azər Əliyevin transferini elan edib.
Hələlik 27 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilə bağlı məlumat verilməyib.
Qeyd edək ki, Krasnoyarsk futbol məktəbinin yetirməsi olan A.Əliyevin son klubu Rusiya "Ufa"sı olub. Bundan başqa o, Rusiyada "Yenisey", "Saxalin", "Krılya Sovetov" və "Tambov"da da oynayıb.
Son xəbərlər
Son Xəbərlər